XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 10:19

Myanma generalı müsəlman rohinca xalqını ittiham edib:“Onlar hucum edir”

Myanmanın yüksək vəzifəli rəsmisi Rohinca xalqını böhrana və yüz minlərlə adamın Banqladeşə keçməsinə səbəb olduğuna görə ittiham edib.

General Min Aung Hlaing deyib ki, Rohinca "heç vaxt etnik qrup olmayıb" və o, şimali Raxin əyalətində qarışıqlıq yaratmağa çalışan "ekstremistləri" günahlandırıb. Onun ordusu Rohincanı qaçmağa məcbur edən dinc əhaliyə hücum etməkdə ittiham olunur.

Myanma bunu inkar edir və deyir ki, bu, ölümcül hücumlara cavabdır. Birləşmiş Millətlər Təşkilatı əhalinin 90 faizinin buddist olduğu Myanmada müsəlman Rohincaya qarşı hücumların etnik təmizləməyə bənzədiyi barədə xəbərdarlıq edib. BMT-nin Baş katibi Antonio Quterres şənbə günü xəbərdarlıq edib ki, ölkənin faktiki lideri Aung San Suu Kyi'nin vəziyyət "tamamilə dəhşətli" hal almamış hücumları dayandırmasına "son şans"ı qalıb.

Əhalisinin əksəriyyəti buddistlərdən ibarət Myanmada müsəlman rohincalar ordu və buddistlər tərəfindən təqiblərə məruz qaldıqlarını deyirlər. Zorakılıq avqustun 25-də Rohinca yaraqlılarının Raxin vilayətində polis postlarına hücum edərək 12 təhlükəsizlik əməkdaşını öldürdükdən sonra başlayıb. Bundan sonra başlayan geniş təhlükəsizlik əməliyyatı beynəlxalq tənqidə səbəb olub. (BBC)