XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 14:13

Yerevanda Ermənistan diasporasının  forumu başlayıb –Sərkisyan ölkədə doğumdan narahatdır

Sentyabrın 18-i Yerevanda Ermənistan-diaspor forumu başlayıb.

Novator.az-ın məlumatına görə, foruma 71 ölkədən 1800 erməni qatılıb. Ən böyük nümayəndə heyətlərinin Rusiya, ABŞ, Argentina, Kanada, Livan, Suriya, İran və Türkiyədən gəldiyi bildirilir.

Forumda çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan demoqrafik vəziyyətdən gileylənib. O deyib ki, çoxlu obyektiv və subyektiv amildən doğan indiki demoqrafik tendensiya hamını narahat edir. Dövlət başçısı qarşıdakı illərdə əhalinin təbii artım göstəricilərinin yaxşılaşmasına, ölkədə daimi yaşamağa gələnlərin mühacirət edənləri üstələməsinə çalışacaqlarını deyib: “Hədəfimiz 2040-cı ilə kimi Ermənistan əhalisinin sayını azı 4 milyon nəfərə çatdırmaqdır”.

Sərkisyan çıxışında ölkənin blokada şəraitində yaşadığını vurğulayıb, bu kontekstdə 1993-cü ildən bəri Ermənistanla sərhədi bağlı saxlayan Türkiyəni günahlandırıb. Ankaranı Azərbaycana dəstək verməkdə günahlandıran Serj Sərkisyan qeyd edib ki, bölgədə sülhün bərqərar olması Türkiyənin marağında deyil.

Azərbaycanla münaqişəyə toxunan Serj Sərkisyan Dağlıq Qarabağ ermənilərinin müstəqil yaşamağa haqqı olduğunu vurğulayıb, bu yoldan geri addım atılmayacağını deyib.