XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2017 - 17:28

ABŞ Kubada səfirliyini bağlayır –Dövlət katibi açıqlama verdi

Dövlət katibi Reks Tillerson bazar günü CBS televiziya kanalının ictimai məsələlər barədə yayımlanan “Face the Nation” proqramına müsahibəsində Amerika diplomatlarına edilən bir neçə hücum səbəbindən ABŞ-ın Kubada səfirliyinin bağlanılmasının nəzərdən keçirildiyini bildirib.

Dövlət Departamenti təxminən 21 amerikalının xəsarət aldığı insidentlər eşitmə qabiliyyətinin itirilməsi, beyin sarsıntısı, baş ağrıları, və hətta konsentrasiya və sadə sözləri xatırlaya bilməmək kimi simtomlarına səbəb olub.

“Biz baş verən insidentləri nəzərdən keçiririk. Müəyyən fərdlərin məruz qaldıqları bu kimi hadisələr çox ciddi məsələdir. Biz bu insanların bəzilərini evlərinə qaytarmışıq. Və baş verənlər nəzərdən keçirilir”  – deyə Reks Tillerson bildirib.

Kubada bəzi Kanadalı diplomatlar və onların ailə üzvləri də xəsarət alıb.  İnsidentlər ötən ilin sonları baş verməyə başlayıb. Sonuncu dəfə belə bir hadisə avqust ayında baş verib. Sabiq ABŞ prezidenti Barak Obama iki il əvvəl Kuba ilə əlaqələri bərpa edib. Onun bu addımı hazırkı prezident Donald Tramp tərəfindən dəfələrlə tənqid edilib.

İnsidentlə əlaqədar Vaşinqton şəhərində qanunvericilər narahatlıqlarını ifadə edib. Cümə günü beş respublikaçı senator Tillersonu Havanada ABŞ səfirliyini bağlamağa və Kuba diplomatlarını ABŞ-dan çıxarmağa çağırıb. Kuba insidentlərdə iştirakı olduğunu rəd edib və bildirib ki, hücumlarla bağlı təhqiqatlara yardım edir. ABŞ hadisələrdə bir başa Kubanı təqsirləndirmir. Lakin bu iln əvvəli iki Kuba diplomatının Vaşinqton şəhərindən getməsini tələb edib.