XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 12:14

ABŞ son 40 ildə ilk dəfə bu müqaviləyə imza atdı

Texasın “Enterprise Products Partners LP” energetika kompaniyası ixrac müqaviləsi imzalayaraq ABŞ-da son 40 ildə ilk neft ixracatçısı olub.

Müqavilə neft ixracına 1975-ci ildən qüvvədə olan embarqonun aradan qaldırılmasından dərhal sonra bağlanıb. Kompaniya yanvarın ilk həftəsində Cənubi Texasda hasil olunan 600 min barrel nefti Hyustondakı terminalda qəbul edib İsveçrəyə çatdırmalıdır.

“The Wall Street Journal” qəzetinin verdiyi məlumata əsasən, neftin alıcısı Niderlandın “Vitol Group” kompaniyasıdır.

Nəşrin fikrincə, ABŞ neft bazarında Səudiyyə Ərəbistanı, Rusiya və İranla rəqabət aparmaq iqtidarındadır. Eyni zamanda, bu neftin əsas satış bazarı Avropa deyil, Cənubi Amerika ölkələri, xüsusən Meksika olacaq.

Azərtac