XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 17:50

Tramp bu gün BMT-də ilk çıxışını edəcək –Bu ölkələri tənqid etməyi planlaşdırır

ABŞ prezidenti bu gün BMT-nin Baş Assambleyasında ilk çıxışını edəcək.

Donald Trampın Şimali Koreya, İran və Venesuelanı tənqid edəcəyi gözlənilir. Ağ Evin bildirdiyinə görə, Tramp Şimali Koreyanın ABŞ və BMT-də təmsil olunan dövlətlərə qarşı təhdidləri barədə kəskin çıxış etməlidir.

ABŞ prezidenti Donald Tramp BMT-də “cəsarətli islahatlar”a çağıraraq, bunun təşkilatın sülh naminə daha effektiv qüvvəyə çevrilməsinə xidmət edəcəyini bildirib. ABŞ lideri səkkiz ay bundan əvvəl hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq BMT-ni ziyarət edərək təşkilatda islahatların aparılmasına dair iclasda iştirak edib. O deyib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur.

“Biz BMT-nin bütün dünyada insanların etibarını yenidən qazanmasını istəyirik. Buna nail olmaq üçün BMT idarəçiliyin bütün səviyyələrində hesabatlılığı dəstəkləməli, informatorları müdafiə etməli və əsas diqqəti prosesin özü deyil, nəticələrə yönəltməlidir”, -deyə Tramp bildirib. (Amerikanın Səsi)

Tramp BMT-nin Atom Enerjisi Agentliyinin sərt monitorinq aparmadığı təqdirdə Amerikanın İranla əldə edilən nüvə sazişindən çıxacağını deyib. ABŞ dövlət başçısı bildirib ki, prezident Nikolas Maduronun repressiyası altında yaşan Venesuela xalqı diqqətsiz qala bilməz. Trampın çıxışında terrorizmlə mübarizənin də əsas mövzu olacağı bildirilir.