XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 11:43

“Die Welt”: “Putinin sifətində nifrət duyulurdu”

Putin: “Yunanıstan bizə yardım barədə heç bir xahişlə müraciət etmədi”

Rusiya prezidenti Kremldə Yunanıstan baş naziri Aleksis Siprası qəbul edərkən səmimi eh sahibi rolunu oynamağa çalışırdı.

Strateq.az İnosmi. ru-ya isnadən xəbər verir ki, “Die Welt” qəzeti (Almaniya) görüşün lap əvvəlində Putinin ölkələr arasındakı münasibətin “özünəməxsus xarakteri”ndən və ölkələrin ümumi köklərindən danışdığını vurğulayıb.

Nəşrin müşahidəsinə görə, bu, görüşün çox şey vəd edən başlanğıcından xəbər verirdi. Hətta Rusiya Federasiyası ilə Yunanıstan Respublikası arasında 2015-2016-cı illərdə birgə fəaliyyət planının imzalanmasından sonra Sipras bildirdi ki, ikitərəfli münasibətlərdə bahar mövsümü başlanır.

Müxbir yazır: “Lakin mətbuat üçün birgə açıqlama zamanı Putin yetərincə əsəbi görünür, darıxır və Sipras danışarkən tavana baxırdı. üstəlik, Putinin sifətində borclu ölkənin hətta qalstuk taxmamış hökumət başçısına nifrət duyulurdu. Bu görüş siyasi tamaşa olsaydı, Putin çarı oynayardı, Sipras isə saray təlxəyi roluna razılaşmalı olardı”.

Jurnalistin qeyd etdiyi kimi, bütün görüş boyu ancaq bir dəfə Putinin sifəti işıqlandı: Lissabondan Vladivostoka qədər birgə Avropa iqtisadi məkanı ideyasından söhbət gedəndə…

“Bundan hiss olunurdu ki, Putin sağ tərəfində bərabər şəkildə danışa biləcəyi alman, yaxud fransız lideri görmək istəyərdi. Amma bunun əvəzində Rusiyaya, demək olar, heç nə təklif edə bilməyən Yunanıstanla ittifaq bağlamalı oldu. Nəticədə Putin özü üçün bazarlıq etməli olan kral təsiri bağışladı”.

Yunan baş nazir Moskvaya BVF-na 450 milyon avro borcu qaytarmağa bir gün qalmış gəldi və görüş ərəfəsində şayiə gəzirdi ki, Afina Rusiyadan kredit ala bilər. Lakin bu ehtimal dərhal rədd edildi. Putin dedi ki, Yunanıstan bizə yardım barədə heç bir xahişlə müraciət etmədi”.

Ardınca da qeyd etdi ki, iri layihələrin – o cümlədən energetika sahəsində – gerçəkləşməsi halında Yunanıstan üçün kreditlərdən söhbət gedə bilər

Məqalədə deyilir: “Bəli, görüş bütövlükdə konkretlik gətirmədi: Rusiya hətta Yunanıstan üçün ərzaq embarqosunu da yumşaltmadı. Putinin dediyi kimi, Rusiya Avropa Birliyinin hansısa bir ölkəsi üçün istisna yarada bilməz: “Yunanıstan üçün öz kənd təsərrüfatı məhsullarını Rusiyaya satmağın yeganə yolu rusiyalı tərəfdaşlarla birgə müəssisələr yaratmaqdır”.

Nəşr xülasə edir ki, yekunda Rusiya-Yunansıtan baharı ancaq gözəl sözlər və simvollarla kifayətləndi.