"Tehran İranla “altılıq” ölkələri arasında imzalanan razılaşmanın bütün öhdəliklərini icra edir".
Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissarı Federika Moqerini söyləyib.
“Bu razılaşma işlək vəziyyətdədir. MAQATE artıq 7 dəfə İranın öhdəliklərini yerinə yetirməsini təsdiqləyib” – deyə, o, bildirib/Axar.az.
Qeyd edək ki, ABŞ bundan öncə İranı nüvə razılaşmasının şərtlərini yerinə yetirməməkdə ittiham edib. Vaşinqton bu razılaşmadan çıxacağını da bəyan edib.
Üstəlik, bu gün ABŞ prezidenti Tramp BMT tribunasından İranı yenidən hədəfə alıb. Bildirib ki, İranla imzalanmış razılaşma ABŞ üçün rüsvayçılıqdır.