XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 20:13

Türkiyədən AB-yə çağırış:"İstər bəyənin, istərsə də bəyənməyin, Rusiya Avropanın ən böyük ölkəsidir"

"Avropa Birliyi (AB) Rusiya ilə necə davranılmalı olduğunu öyrənməlidir".

Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“İstər bəyənin, istərsə də bəyənməyin. Rusiya Avropanın ən böyük ölkəsidir. Həmfikir olmaya bilərsiniz. Biz də bəzi məsələlərdə Kremllə fikir ayrılıqları yaşayırıq. Lakin AB bundan sonra rəhbərin özü olmadığını anlamalıdır. AB əgər qlobal güc olmaq istəyirsə, daha əhatəli fəaliyyət göstərməlidir”, – XİN rəhbəri bildirib/Axar.az.