XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 14:21

Azərbaycan diasporundan Saakaşvilinin antikorrupsiya hərəkatına dəstək

ukrayna azeri.jpg

Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu Odessa qubernatoru Mixail Saakaşvilinin yaratdığı yeni “Təmizlik Uğrunda Hərəkat”ı dəstəkləmək qərarına gəlib.

Strateq.az bildirir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, Azərbaycan diasporu  Saakaşvilinin dəstəkləməyə və ona kömək göstərməyə hazırdır: “Ukraynanı sevən insanlar kimi ona layiq olduğu həyat arzu edirik”.

H.Cavadov yaşadıqları və fəaliyyət göstərdikləri ölkəni korrupsiyasız cəmiyyət kimi görmək istədiklərini bildirib: “Ukraynanın və ümumiyyətlə bütün ölkələrin tərəqqisi korrupsiyasız cəmiyyət qurmadan mümkün deyil”. 

Qeyd edək ki, bu günlərdə Mixail Saakaşvili tərəfindən keçirilən antikorrupsiya forumu “Təmizlik Uğrunda Hərəkat”ı dəstəkləyib. Bu qərar tədbirdə qəbul edilən qətnamədə də öz əksinin tapıb. Həmin qətnaməni tədbirin təşkilatçılarından biri “Forbes”in Ukrayna variantının keçmiş baş redaktoru Vladimir Fedorin oxuyub. Sənəddə qeyd olunur ki, Ukrayna hökumət və hüquq-mühafizə orqanları korrupsiyanın öhdəsindən gələ bilmirlər. Arzu edən onun işində iştirak edə bilər. Gələcəkdə hərəkat regionlara getmək fikrindədir – İlk növbədə yanvarın 18-də Xarkovda yeni Antikorrupsiya forumu keçiriləcək