XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 December 2015 - 16:05

Rusiya ABŞ-a sürpriz hazırlayır

«Amerikalı həmkarlarımıza xüsusi cavab hazırlayırıq».

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Mariya Zaxarova ABŞ-ın Moskvaya qarşı sanksiyaları genişləndirməsinə münasibətində deyib.

Zaxarova bildirib ki, cavab mütləq olacaq. Sadəcə Kreml hazırda bu cavabın sıradan olmaması üzərində işləyir. 

Xatırladaq ki, ABŞ Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə dekabrın 22-də qərar verib. Bu dəfə sanksiya siyahısına 34 hüquqi və fiziki şəxs, həmçinin bir sıra Rusiya və Krım şirkətləri düşüb.