XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 16:42

ABŞ-da qalmaqal –Nümayəndələr Palatasının 3 deputatı və spiker həbs olunub

[

ABŞ-ın Nümayəndələr Palatasının üç üzvü və Nyu-York şəhər şurasının spikeri çərşənbə axşamı valideynləri tərəfindən ölkəyə gətirilən uşaqların qorunması mitinqində iştirak edərkən həbs ediliblər.

Keçmiş prezident Barak Obama tərəfindən başladılan Gənc Yaşda Gələnlər Müstəsna Aktı (DACA) sayəsində 800 mindən çox insana ölkədə yaşamaq və işləmək hüququ verilmişdi.

Aksiyanın məqsədi DACA proqramına daxil olanların və onların ailə üzvlərinin qorunması üçün prezident Tramp və Respublikaçı Konqresə mesaj göndərmək idi. Amerikanın Səsinin türk xidməti demokrat millət vəkillərinin həbsini lenta alıb. Millət vəkilləri qeyri-qanuni davranış göstərməklə küçənin gediş-gəlişinə mane olmaq ittihamı ilə nəzarətə alındıqdan bir müddət sonra sərbəst buraxılıblar.

Tramp qanunun hazırlanması üçün Konqresə gələn ilin əvvəlinə qədər vaxt verib. Lakin mühacirət islahatları Obama administrasiyası dövründə belə qanuna çevrilmək üçün Demokrat və Respublikaçıların kifayət qədər dəstəyini almamışdı. (Amerikanın Səsi)