XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 17:10

Türkiyədə polis helikopteri qəzaya uğradı- Ölən və yaralanan var

Türkiyənin Niğde vilayətində polis helikopteri qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində bir polis həlak olub, bir nəfər isə yaralanıb.

Yaralı polisin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata görə, qəza təlim uçuşu zamanı baş verib. Lakin qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.