XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 19:37

“Airbus” Çində A330 modeli üzrə təyyarələrinyığımına başlayıb

“Airbus” şirkəti Avropadan kənarda ilk dəfə olaraq Çinin Tiencin şəhərində “A330” modeli üzrə təyyarələrin yığımına başlayıb.

Azərtac xəbər verir ki, bu barədə “Airbus” şirkətinin yaydığı məlumatda deyilir. Bildirilir ki, bu addım “Airbus”un Çin ilə strateji tərəfdaşlığının genişləndirilməsinə xidmət edir.

Ümumilikdə 250-dən çox işçinin çalışdığı mərkəzdə ayda 2 ədəd A330 təyyarəsi yığılacaq. Burada əsasən pilot kabinəsinin quraşdırılması, təyyarələrin rənglənməsi, test yoxlanışı həyata keçiriləcək. Yığım prosesində iştirak edən 150-ə yaxın çinli əməkdaş Fransanın Tuluza şəhərində təlimlərdə iştirak edib.

Qeyd edək ki, indiyədək Tiencində yalnız A320 modeli üzrə təyyarə yığımı həyata keçirilirdi.