XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 21:38

Makron:"İranın nüvə proqramı ilə bağlı razılaşmaya yenidən baxılmalıdır"

İranın nüvə proqramı ilə bağlı razılaşma saxlanılmalıdır, lakin ölkənin raket fəaliyyəti, eləcə də 2025-ci ildən sonra Tehrana məhdudiyyətlərlə bağlı bəzi müddəalar əlavə edilməlidir.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.

"Hesab edirəm ki, 2015-ci il razılaşması saxlanılmalıdır, çünki yaxşı sənəddir. Nüvə razılaşmasını tamamilə ləğv etmək səhv olardı".

Onun sözlərinə görə, sazişin mətninə iki və ya üç element əlavə olunmalıdır: "Balistik raketlərə diqqət yetirilməlidir, bu, 2015-ci ilin razılaşması ilə əhatə olunmur. İkincisi, 2025-dən sonra baş verəcəklərdir".