XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 21:55

Ruhani:“ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır”

]

ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozur.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındakı çıxışında bəyan edib.
 
“ABŞ-ın yeni administrasiyası beynəlxalq razılaşmaları pozaraq, üzərinə götürdüyü öhdəliklərdən imtina edərək özünə qarşı etimadı sarsıdır”, deyə H.Ruhani bildirib.
 
İran prezidenti Donald Trampın BMT-dəki çıxışını kobud, absurd və nifrət dolu adlandırıb. Ötən gün ABŞ lideri İranın nüvə proqramına dair razılaşmanı kəskin tənqid edib.
 
Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. 
 
BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.