Rusiya Mərkəzi Bankı valyutadəyişmə qaydalarını sərtləşdirib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra 15 min rubldan artıq pulu başqa valyuta ilə dəyişmək istəyən müştərilərlə bağlı xüsusi əməliyyatlar aparılacaq. Və bu müştərilərlə bağlı bütün bilgilər qeydə alınacaq.
Bu halda müştəri pasportunu təqdim etməli və sorğu blankını doldurmalıdır.
Yeni qaydalar dekabrın 28-dən qüvvəyə minəcək. Qeyd edək ki, anoloji tədbirlər başqa ölkələrdə də həyata keçirilir. Məsələn, Ukrayna Mərkəzi Bankı biznes üçün valyuta alışı qaydalarını sərtləşdirib. Türkmənistanda isə dolları bundan sonra yalnız talonla almaq mümkün olacaq.