XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 09:26

Dünyanın ən zəngin cütlüyü – 85,7 milyardlıq sərvət

«Wealth-X» konsaltinq şirkəti müəyyən edib ki, hazırda dünyanın ən zəngin cütlüyü “Microsoft”un qurucusu Bill Geyts və xanımı Meliandadır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün varidatı 85,7 milyard dollardır.

Siyahının ikinci yerində «Inditex» geyim şirkətinin rəhbəri Amansio Orteqa və xanımı Flora Peresdir. Bu cütlüyün 70,7 milyard dollarlıq sərvəti var. 

üçüncü yeri 65 milyardlıq varidatla Uorren Baffet və Astrid Menks tutur. 

Dördüncü və beşinci sırada amerikalı sənayeçilər Devid və çarlz Koxilər gəlir. Onların hər birinin xanımları ilə birgə sərvətləri 47,5 milyard dollardır. 

“İlk onluq”»un axırıncı yerində «Facebook»un qurucusu Mark Zükerberq və xanımı Pristsilla çan gəlir – 38,5 milyardılq sərvətlə. Onlar həm də siyahının ən gənc cütlüyüdür.