İraqın baş naziri Heydər əl-Abadi İŞİD işğalı altındakı son İraq ərazilərindən biri olan Haviya şəhərinin azad edilmə əməiyyatına başlandığını bəyan edib.
Qeyd edək ki, Haviya İraqın paytaxtı Bağdaddan 240 kilometr şimalda və neft şəhəri Kərkükün qərbində yerləşir.
İraq qoşunları 2014-cü ilin ortalarından etibarən, İŞİD-in nəzarətində olan bu şəhərin tam azad edilməsi üçün səylərini davam etdirir.
Militantların İraqın şimal və qərb ərazilərini ələ keçirərkən on minlərlə insan təhlükəsizlik səbəbindən qaçmaq məcburiyyətində qalmışdı.
Bir həftədən çoxdur ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri İslam Dövlətinə aid tunellər, nəqliyyat vasitələri və silahların yerləşdiyi Haviya bölgəsinə havadan zərbələr endirir ("Amerikanın səsi").