XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2017 - 10:05

“Facebook” Rusiyanın siyasi reklam yayıcıları barədə məlumatları ABŞmüstəntiqlərinə verəcək

“Facebook”dan cümə axşamı bildiriblər ki, şirkət Rusiya əməliyyatçıları tərəfindən idarə olunan 3000-ə yaxın siyasi reklamla bağlı məlumatları ABŞ Konqresinin müstəntiqləri ilə paylaşacaq. Həmin siyasi reklamlar keçən ilki ABŞ prezident seçkilərindən aylar öncə və sonra yayımlanıb.

“Facebook”un seçkilərin manipulasiyası üçün istifadə edilməsinin qarşısının alınması ilə bağlı təzyiqlərlə üzləşən şirkət rəhbəri Mark Zukerberq canlı yayım vasitəsilə bildirib ki, o, ABŞ Konqresi tərəfindən həyata keçirilən istintaqı dəstəkləyir.

Zukerberq hökümətlərin dünyanın ən böyük sosial şəbəkəsi vasitəsilə seçkilərə təsir etmələrinin qarşısını almaq üçün təklif etdiyi doqquz addımı açıqladı. “Facebook”un etdiyi əsas böyük dəyişiklik sosial mediada yayımlanan seçki reklamlarının şəffaflığının təmin olunmasıdır. Zukerberqin dediyinə görə, insanlar siyasi reklamları görəndə, həmin reklamın kimlər tərəfindən yayımlandığı və kiminlə əlaqəli olduğunu biləcəklər. Şirkətin baş hüquqşünası Kolin Stretç rəsmi bloq qeydində bildirib ki, sosial şəbəkə reklamla bağlı məlumatları bir qayda olaraq açıqlamır, lakin şirkət ABŞ seçkilərinin dürüstlüyünü qorumaq istədiyindən bu addımı atır: “Biz inanırıq ki, ictimaiyyət 2016 seçkiləri ilə bağlı tam təfərruatı ilə nə baş verdiyini bilməlidir” deyə o bildirib. (Amerikanın Səsi)