XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2015 - 12:48

Gürcüstanda baş nazir postuna yeni namizəd – “Gürcü Arzusu” Kvirikaşvilini önə verdi

Gürcüstan parlamentində çoxluğa sahib olan Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası bu gün Baş nazir postuna Xarici İşlər naziri səlahiyyətlərinin icraçısı Georgi Kvirikaşvilinin namizədliyini irəli sürüb.

​Namizədi əvvəl prezident, sonra parlament təsdiqləməlidir.

Xatırladaq ki, Gürcüstan hökuməti dekabrın 23-də tam tərkibdə istefaya gedib. Bu, İrakli Qaribaşvilinin Baş nazir kürsüsünü tərk etməsi ilə bağlıdır. Qaribaşvili istefasının səbəblərini açıqlamayıb.

Dekabrın 23-də prezident Georgi Margvelaşvili hökumətin istefasını qəbul edib, yeni hökumət formalaşana qədər səlahiyyətlərin icrasını həmin tərkibə verib.