İstanbul Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.
APA-nın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, bunu K. Topbaş keçirdiyi mətbuat konfransında bəyan edib.
K.Topbaş Ədalət və İnkişaf Partiyasında fəaliyyətini davam etdirəcəyini bildirib: “Müxalifət bunun üzərindən siyasət qurmaq istəyir. Buna heç vaxt icazə vermərəm. Mən bu gündən bələdiyyə sədri vəzifəsindən istefa verdim. Lakin siyasi partiyam ilə ziddiyyətim yoxdur. Hal-hazırda partiyamın üzvüyəm”
Qeyd edək ki, AKP-nin üzvü olan K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.