XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2017 - 02:39

Moldova rus qoşunlarının öz ərazisindən çıxarılmasını tələb etdi –BMT-dən

Moldova BMT-ni onun separatçı Dnestrayanı bölgəsindən Rusiya qoşunlarının çıxarılması məsələsini Baş Assambleyada müzakirə etməyə çağırıb.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, Moldovanın baş naziri Pavel Filip sentyabrın 22-də Assambleyada etdiyi çıxışında Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Qrupu adlanan birləşməsinin qeyd-şərtsiz ölkə ərazisindən çıxarılmasını tələb edib.

Sovet vaxtında bu hərbi qruplaşma 14-cü Sovet Ordusu kimi tanınırdı.

Rusiya hazırda özünün Moldovadan müstəqilliyini elan etmiş Dnestryanı ərazisində 2000 nəfərlik əsgəri qüvvə saxlayır. Moskva iddia edir ki, bunlardan 1500-ü sovet vaxtından qalma silah anbarlarına keşik çəkir, yerdə qalan 500 əsgər isə 25 illik atəşkəsin saxlanmasına xidmət edən sülhməramlılardır.

ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitində Moskva Dnestryanıdakı qoşunlarını 2002-ci ilədək çıxaracağını vəd etmişdi, lakin bu vədə heç vaxt əməl etməyib. Filip bu vəziyyətdən çıxış yolu kimi Rusiya sülhməramlılarının beynəlxalq qüvvələrlə əvəz olunmasını təklif edir.

Filip BMT Baş Assambleyasındakı çıxışında deyib ki, bu, nə etnik, nə də dini münaqişədir və ona səbəb xarici qoşunun ölkə ərazisini işğal etməsidir.

Moldova baş naziri habelə deyib ki, Kişinyov, Moldova Respublikasının ərazi bütövlüyünü pozmayacaq bir şəkildə Dnestryanıya xüsusi status verməyə hazırdır. ATƏT-in münaqişənin çözümünə dair sənədlərində elə belə də nəzərdə tutulub.

Bundan əvvəl Filip Birləşmiş Ştatları Rusiya qoşunlarının Moldovadan çıxarılmasını tələb edən qətnaməni dəstəkləməyə çağırmışdı.

Avropanın ən yoxsul ölkələrindən biri olan Moldova geniş yayılmış korrupsiya və ölkədən əhali axınından əzab çəkir.