XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2017 - 11:17

Yunanıstanda təyyarə qəzası- 2 Ukrayna vətəndaşı ölüb

Yunanıstanın şimal-şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində iki nəfər həlak olub. Həlak olanların Ukrayna vətəndaşları olduqları bildirilib.

Məlumata görə, təyyarə Yunanıstandan Rumıniyaya uçarkən onunla əlaqə itib. Bir neçə saat sonra isə təyyarənin qalıqları və həlak olanlar aşkar edilib.

Qəzanın baş vermə səbəbləri məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.