XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2017 - 13:37

Yaponiyadan Rohinca müsəlmanlarına yardım- Banqladeşə tibb heyəti göndərib

Sentyabrın 23-də yapon həkimlərindən və tibb bacılarından ibarət qrup Myanmadan qaçmış Rohinca müsəlmanlarına tibbi yardım göstərmək üçün Banqladeşə göndərilib.

Yaponiya Qırmızı Xaç Cəmiyyətinin 10 tibb işçisi Tokionun “Haneda” beynəlxalq aeroportundan yola düşüb. Qrupun rəhbəri həkim Taro Kita bildirib ki, göstərəcəkləri yardımla qaçqın müsəlmanların əziyyətini azaldacaqlarına ümid edir.

BMT-nin məlumatına görə, baş verən qarşıdurma nəticəsində 420 mindən artıq Rohinca müsəlmanı Myanmanın qərbində yerləşən Rakhayn ştatından Banqladeşə qaçmağa məcbur olub(azərtac).