XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2017 - 14:29

Əfqanıstanda nəzarət-buraxılış məntəqəsinə hücum- 5 polis ölüb

Əfqanıstanın Qəzni əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum edilib.

Trend-in məlumatına görə, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunan əlavə qüvvələr hücumun qarşısını alıb.

Silahlıların zərərsizləşdirildiyi məlumat verilsə də, onların sayı açıqlanmayıb.

Hücumu “Taliban” qruplaşması həyata keçirib.