XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

23 Sentyabr 2017 - 17:58

Donetskdə separatçı “nazir”inavtomobili partladılıb

Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərində partlayış baş verib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, separatçı “Donetsk Xalq Respublikası”nın gəlirlər və yığım “naziri” Aleksandr Timofeyevə sui-qəsd edilib. Onun avtomobili partladılıb. Nəticədə A. Timofeyev kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Şəhərin Sülh prospekti ilə Ulrix küçəsinin kəsişməsində baş verən hadisə  zamanı daha 7 nəfər xəsarət alıb.  
 
Qeyd edək ki, “Saşa Taşkent” ləqəbi ilə məşhur olan A. Timofeyev Donetsk aeroportunda Ukrayna ordusu ilə ağır döyüşlər aparan “Oplot” hərbi dəstəsinə rəhbərlik edib. Qondarma respublikanın elan edilməsindən sonra o, gəlirlər və yığım naziri, 2016-cı ildə isə həm də baş nazirin müavini təyin olunub.