XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2017 - 20:37

Meksikada daha bir güclü zəlzələ olub- 6,2 bal gücündə

Meksikanın Oahaka ştatında 6,2 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Matias-Romero şəhərindən 16 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabr ayı ərzində bundan əvvəl daha 3 zəlzələ baş verib. 7-8 bal gücündə yeraltı təkanlarda ümumilkdə 300-dən artıq insan ölüb.