XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2015 - 06:15

Pentaqondan Rusiyaya xəbərdarlıq: “Əsədi dəstəklədikcə, əməkdaşlıq olmayacaq”

pentaqon-1.jpg

Rəsmi Moskva Bəşər Əsədlə bağlı mövqeyini dəyişməsə, Pentaqon Rusiya ilə əməkdaşlıq etməyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Pentaqon”un rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hələ ki, Moskva diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstək göstərir, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz”, – deyə M.Baldansa bildirib.

Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatlarla bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir.