XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 14:03

Almaniyada parlament seçkiləri –Merkelin qələbə çalacağı ehtimal edilir

Almaniyada bazar günü səhər başlayan parlament seçkilərində ölkənin hazırkı kansleri Angela Merkelin bir daha qalib gəlməsi proqnozlaşdırılır.

Seçkilərdə qələbə qazandığı halda xanım Merkel 4-cü dəfə kansler olacaq və onun hakim Xristian Demokrat Partiyası (CDU) Almaniya parlamentinin ən böyük partiyası olacaq. CDU-nun hakimiyyətdəki koalisiya partnyoru Sosialist Demokrat Partiyası (SPD) həmçinin CDU-nun əsas rəqibidir. Lakin ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tarixində ilk dəfə bir neçə dairədə qələbə qazanması gözlənilir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00 açılıb və axşam saat 18:00-da bağlanacaq. İlkin nəticələrin səsvermənin sona çatmasından bir qədər sonra açıqlanacağı gözlənilir. Çoxları üçün bu seçki xüsusi əhəmiyyət daşıyır. Proqnozlara əsasən, səsvermə nəticəsində 2-ci Dünya Müharibəsindən indiyədək ilk dəfə Almaniya parlamentinə 6 partiya seçilə bilər.

Bu nəticə hakim koalisiyanın quruluşunu dəyişə bilər. (BBC)