XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 19:20

“Qiyamçı” Kataloniya polisinin səlahiyyəti əlindən alındı –Madrid qərar verdi

İspaniyanın mərkəzi hökuməti Kataloniya yerli polis qüvvələrini idarə etmək səlahiyyətini müstəqillik üçün oktyabrın 1-i referendum keçirmək niyyətində olan Kataloniya hakimiyyətinin əlindən alıb.

Hökumətin qərarına əsasən, muxtar rayonda yerləşən Kataloniya və mərkəzi polis qüvvələrini polkovnik Diego Pérez de los Cobos idarə edəcək. Hökumət bu qərarın iki qüvvə arasında koordinasiyanın yaxşılaşdırılması məqsədi daşıdığını deyib. Lakin Kataloniya hakimiyyəti qərarı rədd edərək bunu qəbuledilməz müdaxilə adlandırıb. Referendumda səsvermənin qarşısını almaq üçün, Kataloniyaya minlərlə əlavə polis göndərilib.

Konstitusiya Məhkəməsi referendumun qanunsuz olduğunu bəyan etsə də, Kataloniya liderləri hələ də səsverməni keçirmək niyyətindədirlər. İspaniya hökuməti müstəqillik üzrə səsvermənin qarşısnı almaq üçün səsvermə materiallarını ələ keçirib, mühüm rəsmiləri cərimə edib və onlarla siyasətçini müvəqqəti olaraq saxlayıb.

İspaniyanın ictimai prokurorluq xidməti, polkovnik Pérez de los Cobos-un bu vəzifəyə təyinatını muxtar rayonlarda birgə əməliyyatlara dair qanuna əsaslandığını deyir. Kataloniyanın "La Vanguardia" qəzeti bildirir ki, cənab de los Cobosun-un səlahiyyətini artıran qərar oktyabrın 1-dən qüvvədə olacaq. (BBC)