XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 21:00

Kataloniyada referenduma dəstəklə bağlı nümayişlər başlanıb –FOTO

Barselona və Kataloniyanın bir sıra şəhərlərində regionun İspaniyadan ayrılması ilə bağlı referendum tələbi ilə mitinqlər keçirilir.

Kataloniya parlamenti oktyabrın 1-nə müstəqilliklə bağlı referendum təyin edib. Əllərində Kataloniya bayraqları və digər şüarlar tutan aksiyaçılar əhalini referendumda müstəqilliyə səs verməyə çağırıb.

İspaniya hökuməti referendumu qanunsuz sayır və onun keçirilməməsini tələb edir. Kataloniyalı siyasətçilər referendumu dəstəklmək üçün plakatlar çap edilməsi və yayılmasını tələb edirlər. Kataloniya regional parlamentinin sədri Karmen Forkadel Barselonada kütləyə müraciət edərək deyib: “Sizdən xahiş edirəm, çıxın və səs verin! Kataloniyanın gələcəyinə səs verin!”

İspaniyanın Konstitusiya məhkəməsi referendumla bağlı Kataloniya parlamentinin qərarını dayandırıb və polis səsverməyə hazırlığı pozub, reydlər keçirib və 10-dan çox adam saxlanıb. spaniya konstitusiyası ölkənin bölünməsinə icazə vermir. Bundan əvvəl də-2014-cü ilin noyabrında Kataloniyada müstəqilliklə bağlı referendum keçirilmişdi. Amma Konstitusiya məhkəməsi həmin vaxt Kataloniyanı səsverməni ləğv etməyə çağıran qərar qəbul etdiyindən, referendum qeyri-formal keçirildi. Həmin vaxt 80 faiz regionun İspaniyadan ayrılmasına səs vermişdi.