XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 09:16

Ruslar Merkeli «ilin qadını» seçdilər

Levada Mərkəzi «ilin adamı» və «ilin qadını»nı müəyyənləşdirmək üçün ruslar arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, respondentlər «ilin qadını» kimi Almaniya kansleri Angela Merkeli, «ilin adamı» kimi isə Rusiya prezidenti Vladimir Putini seçiblər. 

Sorğu 18-21 dekabrda Rusiyanın 48 regionunda keçirilib. Xatırladaq ki, bundan əvvəl «Time» jurnalı Angela Merkeli «ilin adamı» seçmişdi. Merkel son 30 ildə bu ada layiq görülən ilk qadın siyasətçidir.