İran ordusu Qərbi Azərbaycan vilayətində geniş miqyaslı hərbi təlimlərə başlayıb.
Strateq.az İRİB-ə istinadən bildirir ki, “Məhərrəm Təhlükəsizliyi” adlandırılan hərbi təlimlərinin əsas mərhələsi İranın şimal-qərbində piyada qüvvələr, zirehli, hərbi hava qüvvələri və raket qüvvələrinin iştirakı ilə başlanıb.
General-leytenant Həbib Şəhsəvari “Məhərrəm Təhlükəsizliyi” hərbi təlimlərinin əsas mərhələsinin Qərbi Azərbaycan vilayətinin tabeliyində olan Uşnəviyyə bölgəsinin yüksəkliklərində başlandığın bildirib: “Bu mərhələdə ağır arsenal təchizatının atəşi, komandoslar və S27T tanklarının dəstəyi ilə həyata keçirilib”.
SEPAH-ın quru qoşunları komandanı general Məhəmməd Pakpur bu hərbi təlimlərlə bərabər SEPAH-ın quru qoşunlarının daim və davamlı şəkildə təlimlər keçirdiyini bəyan edib: “Hərbi təlimlərin keçirildiyi məkan keçmişdə əks-inqilabçıların xoşladığı bölgələrdən idi. SEPAH-ın hərbi təlimlər və güclü əməliyyatlar keçirilməsi ilə həmin bölgələr şər qüvvələr və əks-inqilabçılardan təmizləndi”.