Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə rəhbərliyində kadr dəyişikliyi edib.
Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Komitəsi sədrinin 1-ci müavini postuna prezidentin qardaşı oğlu Abiş Səməd Nazarbayev təyin olunub.
Bundan əvvəl, müavin vəzifəsini tutan Vladimir Jumakanov isə komitənin yeni sədri olub.
37 yaşlı Abiş Səməd Qazaxıstan və Rusiyada kəşfiyyat akademiyalarını bitirib. O, Milli Təhlükəsizlik Komitəsinin Astana şəhəri üzrə idarəsinin rəisi olub.
Bundan əvvəl də Nazarbayev qızı Dariqa Nazarbayevanı Baş nazirin müavini təyin etmişdi.