Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün Kiyevdə keçirilən mitinqdə oktyabrın 17-də Ukraynanın paytaxtında keçirilməsi planlaşdırılan aksiyalar zamanı Nazirləri Kabinetinin bütün üzvlərini “yerindən oynadacağını” bildirib.
Oktyabrın 17-də Kiyevdə bir neçə mitinqin keçirilməsi planlaşdırılır. Saakaşvilinin də həmin mitinqlərə qatılacağı və çıxış edəcəyi gözlənilir: "Biz 17 oktyabrda bura qayıdacağıq və Ukrayna xalqı onları oradan tərpədəcək”.
O həmçinin bildirib ki, bu gün "tərəfdarlar axtarışı" üçün yenidən Lvova baş çəkəcək.