ABŞ-ın “Apple” şirkəti “Samsung Electronics”ə qarşı daha bir məhkəmə iddiası qaldırıb.
Şirkət patent hüquqlarının pozulmasına, o cümlədən vurulmuş ziyana görə, 180 milyon dollar və faizləri tələb edir.
Azertag.az reuters.com saytına istinadən xəbər verir ki, 2012-ci ildə ABŞ Məhkəməsi Koreya şirkətinin “Apple”in patent hüquqlarını pozması barədə qərar qəbul edib. Lakin “Samsung” bu qərara riayət etməyib.