Bağdadda İraq parlamentinin təcili iclası başlanıb.
Strateq.az bildirir ki, sessiyada 180 deputat iştirak edir. Gündəlikdə duran əsas məsələ İraq Kürdüstanında keçirilən bu günkü referendumla bağlıdır.
İraq parlamentinin spikeri Səlim əl- Cəburi Kürdüstana və referenduma qarşı tədbirlər planı hazırlamaq üçün artıq hüquqi, daxili və xarici məsələlərlə bağlı komitələri təyin edib. Bir çox deputatlar İraq prezidenti, kürd Fuad Məsuma etimadsızlıqla bağlı imza kampaniyası təşkil edib. 100 deputat Fuad Məsumun və yüksək postlar tutan digər kürdlərin işdən qovulmasını tələb edən razılaşmanı imzalayıb.
Kürdüstandan olan deputatlar iki həftə əvvəl parlamenti boykot edib.