XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 03:43

Rusiyanın sabiq Maliyyə naziri:"ABŞ-ın yeni sanksiyaları daha təhlükəlidir"

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin hesab edir ki, ABŞ Konqresinin qəbul etdiyi və prezident Trampın imzaladığı yeni sanksiyalar əvvəlkilərdən daha təhlükəlidir.

Strateq.az azadliq.info-ya istinadən xəbər verir ki, Aleksey Kudrin sanksiyalarala bağlı izahatında deyib: “Biz hələlik Konqresin qəbul etdiyi yeni sanksiya qanununun mənasını sona qədər anlamamışıq. İndi nəinki ABŞ şirkətləri və bankları bizim sanksiyaya məruz qalan müəssisələlərlə əməkdaşlıq edə bilməyəcək, yeni qanuna görə, sanksiyaya məruz qalan müəssisə ilə tərəfdaşlıq edən dünyanın istənilən şirkəti və bankı da ABŞ sanksiyalarına məruz qala bilər”.

Onun sözlərinə görə, bir çox Avropa şirkəti Rusiya şirkətləri ilə işləməkdən ehtiyat edəcək və tərəfdaşlığı məhdudlaşdıracaq.

Keçmiş nazir artıq yaxın vaxtda Rusiyanın bunun təsirini hiss edəcəyini deyib. Çünki sentyabrın sonunda, oktyabrda qanun qüvvəyə minəcək. Yaxın aylarda isə sanksiyaya məruz qalan şirkətlərin siyahısı genişlənəcək.