XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 19:58

İstanbul aeroportundakı partlayışı kimin törətdiyi məlum oldu

 

 

 

 

 

Dekabrın 24-nə keçən gecə İstanbuldakı “Sabiha Gökçən” hava limanında törədilən partlayışa görə məsuliyyəti PKK terror təşkilatının qolu olan “Kürdüstan azadlıq şahinləri” qruplaşması öz üzərinə götürüb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı məlumatda bildirilir.  
 
Terrorçular dekabrın 23-nə keçən gecə “Sabiha Gökçən” hava limanını minaatanlardan atəşə tutduqlarını iddia edirlər. Qeyd edək ki, partlayış nəticəsində yaralanan iki xadimədən biri ölüb. Başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib. 
Qeyd edək ki, “Kürdüstan azadlıq şahinləri” qruplaşması PKK terror təşkilatının bir qoludur.