İŞİD silahlıları 2014-cü ilin iyunundan bəri İraqın şimalında – işğal etdikləri Mosul şəhərində 837 qadını ezam ediblər.
Bu barədə Naynava əyalətinin polis generalı Zanuna əl-Sabavi bildirib: “Qadınların əksəriyyəti şəriət məhkəməsinin qərarı ilə güllələniblər”.
General qeyd edib ki, İŞİD-çilər dövlət qulluğunda çalışan qadınları, həmçinin qadın vəkil, notarius və bərbərləri ölüm hökmünə məhkum ediblər.
Qadınların öldürüldüyü barədə xəbər cəsədlərin aparıldığı məhkəmə tibb ekspertizası tərəfindən yayılıb.