XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 20:21

Davudoğlu Dəmirtaşla görüşdən imtina etdi

Türkiyə baş naziri Əhməd Davudoğlu HDP ilə dekabrın 30-a təyin edilən görüşün ləğv olunduğunu elan edib.

BBC xəbər verir ki, Baş nazirin mətbuat xidməti bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, son həftə ərzində HDP-nin verdiyi bəyanatlar hökumətin həyata keçirdiyi siyasətə ziddir və siyasi davranış normalarına sığmır: “Belə yanaşmadan sonra görüşün, eyni masa arxasında oturmağın mənası qalmır”.

Xatırladaq ki, çərşənbə günü Moskvaya səfər edən HDP sədri Səlahəddin Dəmirtaş Rusiya təyyarəsinin vurulması ilə bağlı Türkiyə hökumətinin mövqeyini tənqid etmişdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşən Dəmirtaş bildirmişdi ki, Moskva ilə əlaqələrin korlanmasının əleyhinədir. Davudoğlu Dəmirtaşın bu fikirlərini rəzillik və xəyanət adlandırmışdı.

Türkiyənin Baş naziri növbəti iki həftə ərzində CHP və MHP nümayəndələrilə görüşməlidir.