XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2017 - 14:48

“Poroşenko Minsk razılaşmasını unudubsa, demək, onda qız yaddaşı var” –Aleksey Puşkov

Ukrayna Prezidenti Pyotr Poroşenko Minsk razılaşması barədə unudubsa, demək, onda qız yaddaşı* var.

Bu sözləri Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov deyib.

“Poroşenkoda qız yaddaşı var. Onun özünün imzaladığı Minsk sazişinə əsasən, Rusiya Donbas münaqişəsində tərəf kimi iştirak etmir. Həqiqətən bunu unudub?” – Puşkov bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyaya görə Donbasa sülhməramlı qüvvələr yeridilməsi fikrini dəstəklədiyini bildirmişdi/Axar.az.