XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 23:19

Poroşenko təsdiqlədi – Gələn il 5 min NATO hərbçisi Ukraynada olacaq

poroshenko-1.jpg

Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ildə xarici qoşunların ölkəyə buraxılması planını təsdiqləyib.

“Report” xəbər verir ki, gələn il keçiriləcək təlimlərdə iştirak üçün Ukrayna ərazisinə 5 min ABŞ və NATO dövlətlərinin hərbçiləri gələcək.

Təlimlər “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçiriləcək.

Ukrayna Ali Radası cümə günü ölkə prezidentinin xarici qoşunların respublika ərazisinə buraxılmasına dair təklifini səs çoxluğu ilə dəstəkləyib. Qanun layihəsi şənbə günü “Ukraynanın səsi” rəsmi parlament qəzetində dərc edildikdən sonra qüvvəyə minib.