ABŞ-ın cənub-şərqində tüğyan edən tornado nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 80-dək sakin xəsarət alıb. Strateq.az-ın xarici nəşrə əsasən məlumatına görə, tornadonun törətdiyi daşqın Alabama ştatında 190 yolu bağlayıb, Arkanzasda onlarla ev dağılıb. Missisipidə 24 nəfər həlak olub, 400 evə zərər dəyib, onlardan 240-ı tamamilə uçub.
Tornadonun bir neçə ştatda hələ də davam etdiyi bildirilir. ölənlərin sayının artacağı istisna olunmur.