XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2015 - 19:03

Qələbə paradında Obamanı ABŞ səfiri təmsil edəcək

obama parad.jpg

Rusiyada Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə bağlı keçiriləcək təntənəli tədbirdə ABŞ-ı bu ölkənin səfiri Con Tefft təmsil edəcək.

“Strateq.az” bildirir ki, bu barədə Dövlət Departamentindən açıqlama verilib. “Bizi Moskvada keçiriləcək hərbi paradda ABŞ-ın Rusiyadakı səfiri təmsil edəcək” -deyə Departament sözçüsü qeyd edib. Bundan əvvəl isə Qələbə paradında ABŞ rəhbərliyindən kimsənin təmsil edəcəyi gözlənilirdi.

ABŞ prezidenti Barak Obama Ukrayna böhranına görə Putinin dəvətini rədd edib.