Rusiyanın TU-95MS bombardmançı təyyarələri İŞİD və “ən-Nüsra” terror təşkilatlarının Suriyadakı obyektlərinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Rusiya ərazisindən havaya qalxan təyyarələr İran və İraq üzərindən uçub. TU-95MS təyyarələri Suriya səmasında olarkən İŞİD-in Deyr-əz-Zor və İdlib əyalətlərində yerləşən obyektlərini bombalayıb.
Aviazərbələr nəticəsində terrorçuların komanda-qərargah məntəqələri və texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, məhv edilmiş obyektlər yaşayış məntəqələrindən, habelə ABŞ xüsusi təyinatlılarının yerləşdiyi məntəqələrdən uzaq olub/APA.