Yəmənin Taiz şəhərində Ənsərullah Hərəkatı (husilər) və Prezident Abdurrabu Mənsur Hadi tərəfdarı olan Xalq Müqavimət Qüvvələri arasında baş verən silahlı atışmada 23 husi döyüşçüsü öldürülüb. Strateq.az xaric KİV-ə istinadən bildirir ki, atışma şəhərin Akrud bölgəsində baş verib. Hadisə zamanı Xalq Müqavimət Qüvvələrinin 4 döyüşçüsü də öldürülüb.