Dağıstanda bu gün səhər saatlarından xüsusi vəziyyət elan olunub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, dağ rayonlarından birində başladılan antiterror əməliyyatı ilə bağlıdır. Əməliyyatla bağlı operativ qərargah da yaradılıb.
Qərargahın rəhbəri əməliyyatın qanunsuz silahlı birləşmələrin tapılıb zərərsizləşdirilməsinə hesablandığını bildirib.