XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 13:28

Taliban:"Kabildə zərbələrin hədəfi Pentaqon rəhbəri olub"

Kabildə hava limanının bombalanması ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Trend-in məlumatına görə, qruplaşmanın yaydığı bəyanatda zərbələrin hədəfinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu deyilib.

Bu gün səhər saatlarında Pentaqon rəhbəri C.Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Kabilə elan olunmamış səfər edib.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə hava limanına 30-dək raket zərbələri endirilib. Bununla əlaqədar olaraq, hava limanında bütün reyslər ləğv olunub.