XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 14:28

“Etihad Airways”in pilotuuçuş zamanı öldü

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkətinin pilotu uçuş zamanı dünyasını dəyişib.

Trend-in məlumatına görə, Əbu-Dabidən Amsterdama uçuş həyata keçirən təyyarə pilotlardan birinin özünü pis hiss etməsi ilə əlaqədar Küveytdə eniş etməli olub.

Göyərtəyə çağırılan həkimlər pilotun həyatını xilas edə bilməyiblər.

Təyyarə yük daşımaları həyata keçirirmiş. Pilotun ölüm səbəbi barədə məlumat verilməyib.